Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı

Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
DÜNYA
16:47 07.10.2026
183
Girnə sahillərində batan gəmidə olanlardan daha bir meyit tapıldı

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Baş nazirliyi Girnə sahillərində avqustun 30-da baş verən gəmi qəzası ilə bağlı axtarışlar zamanı daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

Bildirilib ki, dənizin dibində aparılan axtarışlar zamanı tapılan meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq prosedurlara başlanılıb.

Bundan əvvəl, bazar ertəsi günü tapılan meyitlə bağlı DNT analizləri də tamamlanıb. Araşdırmalar nəticəsində həmin şəxsin Orhan Bekret olduğu müəyyən edilib.

Hazırda itkin düşən daha 2 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR