Türkiyədə gənc oğlan öz bağında ölü tapıldı

Türkiyədə gənc oğlan öz bağında ölü tapıldı
DÜNYA
17:06 13.05.2025
424
Atilla Karagüzel (36 yaş) adlı gənc səhər saatlarında evinin arxasındakı bağçada ölü tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Zonquldak bölgəsində baş verib.
 
Əldə edilən məlumata görə, Karagüzeldən uzun müddət xəbər ala bilməyən ailəsi vəziyyəti polis qruplarına xəbər verib. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn polis və təcili yardım qrupları Karagüzeli evinin arxasındakı bağçada hərəkətsiz vəziyyətdə tapıblar.
 
İlkin müayinədə öldüyü təsbit edilən Karagüzelin infarkt keçirə biləcəyi düşünülür. Ancaq ölümün dəqiq səbəbinin yarılma nəticəsində müəyyənləşəcəyi öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR