22:01
Son məlumata görə, Van bölgəsində zəlzələ nəticəsində 80 nəfər ölüb, 400 nəfər yaralanıb.
19.04
Van bölgəsinin Erciş qəsəbəsindəki xəstəxanaya 50 nəfərin meyiti gətirilib. Bu barədə Türkiyənin “Cihan” agentliyi məlumat yayıb. Bir müddət öncə Ercişdə 30 nəfərin öldüyü faktı rəsmən təsdiqlənmişdi. Beləliklə, Vandakı zəlzələ nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Həmçinin 200 nəfərin yaralı olduğu bildirilir.
Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı min nəfərə çata bilər. “RİA Novosti” agentliyinin məlumatına görə, bunu Bosfor universitetinin Seysmoloji rəsədxanasının rəhbəri Mustafa Erdik deyib. Həmçinin zəlzələnin gücü ilə bağlı dəqiqləşmələr aparılıb. Türkiyəli seysmoloqlar Van bölgəsində baş vermiş zəlzələnin 7,2 bal gücündə olduğunu bildirib. 17.24Türkiyənin Van şəhərində yeraltı təkanlar davam edir. İndiyə kimi 3 təkan müşahidə edilib. Onların gücü müvafiq olaraq 4,5; 6,4 və 7,3 bal olub. Zəlzələ nəticəsində 50 nəfərin xəsarət aldığı bildirilir. CNN Turk telekanalının məlumatına görə, onların hamısı Van vilayətindəki xəstəxanalara yerləşdirilib. 16.56Türkiyədə Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib. ABŞ Geologiya xidmətinin verdiyi məlumata görə, yeraltı təkanlar Van şəhərindən 30 km şərqdə qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 94,5 km dərinlikdə yerləşir. Zəlzələ nəticəsində Vanın mərkəzində yeddimərtəbəli bina uçub, qalıqlar altında insanlar var, artıq xilasedicilər işə başlayıblar. 2009-cu ildə Vanın əhalisi 312 min olub.Vanda baş vermiş zəlzələ Ermənistanda da hiss edilib. Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təkanlar İrəvan şəhərində həddindən güclü hiss edilib. Zəlzələnin gücü 3-5 bal arasında olub. // anspress