Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ
DÜNYA
14:51 08.05.2020
1142
"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub". 

AZXEBER.COM xəbər verir ki, bunu "Report"un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. 

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir". 

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.
OXŞAR XƏBƏRLƏR