Türkiyədə narkotik ƏMƏLİYYATI: 65 nəfər tutuldu

Türkiyədə narkotik ƏMƏLİYYATI: 65 nəfər tutuldu
DÜNYA
13:27 23.06.2025
234
Adana şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan genişmiqyaslı əməliyyat zamanı 65 nəfər şübhəli şəxs saxlanılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Adana polis şöbəsinin əməkdaşları şəhərin müxtəlif parklarında, bağlarında, küçələrində və körpüaltı ərazilərində yoxlamalar aparıblar.

Keçirilən əməliyyatlar zamanı 135,87 qram sintetik narkotik maddə, 7,44 qram marixuana (esrar) və 124 ədəd narkotik təsirli həblər ələ keçirilib.

Hadisə ilə bağlı ümumilikdə 65 nəfər şübhəli şəxs polis tərəfindən saxlanılıb və araşdırma aparılır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR