xari

Azərbaycanlı yazıçının Türkiyədə nəşr olunan kitabı böyük marağa səbəb oldu

MƏDƏNİYYƏT
18:20 07.02.2021
676
Yazıçı-jurnalist Türkan Turanın "Saranın Gözləri” kitabı nəşr olunub.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin məşhur "Doğan” Yayın Evinin nəşr etdirdiyi "Saranın Gözləri” kitabı ilk olaraq qardaş ölkənin kitab mağazalarında satışa çıxardılıb.

Psixoloji-dram janrında olan kitabda hadisələr Bakı-İstanbul-Moskva şəhərləri arasında baş verir və böyük orqan mafiyasının cinayət əməllərinin ortasında qalan jurnalist qızın başına gələnləri əks etdirir. Kitab yaxın günlərdə Türkiyənin bütün bölgələrindəki kitab mağazalarında satışda olacaq.

Qeyd edək ki, Türkiyədə ilk dəfə azərbaycanlı naşirin kitabı qardaş ölkənin sosial media seqmenti tərəfindən bu qədər böyük marağa səbəb olub. Kitabsevərlərin yaratdığı sosial şəbəkə qruplarında kitabın satışının yüksək olacağı ilə bağlı çoxlu ehtimallar səslənib.

OXŞAR XƏBƏRLƏR