Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş vermiş terror hadisəsi nəticəsində 1 polis şəhid olub, 3 polis isə yaralanıb. Xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi vaxt terrorçuların yola döşədiyi uzaqdan idarəli partlayıcı qurğu işə salınıb. Yaralı polislər yaxınlıqda olan xəstəxnalara çatdırılıblar.Hadisə yerinə gedən Mardin valisi Turhan Ayvaz faktla bağlı jurnalistlərə açıqlama verib. Hazırda terrorçulların tapılması və ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.