Türkiyənin Kültür Universitetində təhsil alan bir qurup azərbaycanlı tələbə ordumuza dəstək aksiyası keçiriblər.
Bu barədə AZXEBER.COM-a danışan aksiyanın təşkilatçısı, Azərbaycan Gənclik Platformunun rəhbəri Fariz Vəliyev Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə şəhid olan əsgərlərimizi anmaq və hazırda cəbhədə döyüşən əsgərlərimizə dəstək olmaq məqsədi ilə belə bir addım atdıqlarını söyləyib:
“Kültür Universitetində müntəzəm olaraq Azərbaycanla bağlı tədbirlərimiz olur. Bu dəfə isə biz azərbaycanlı tələbələr olaraq əsgərlərimizə dəstək olmaq məqsədi ilə aksiya təşkil etdik. Universitet rəhbərliyi də bu mövzuda bizə yaxından köməkçi oldu. Qoy hər kəs bilsin ki, xaricdə oxuyan tələbələr olaraq biz də ölkəmizə geri dönüb cəbhədə düşmənə qarşı vuruşmağa hər an hazırıq”.
Bir saat davam edən aksiya zamanı Kültür Universitetində təhsil alan digər xarici tələbələrə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı məlumatlar verilib.
![](/file/pic/xeber/2016-04-04/12281.jpg)
![](/file/pic/xeber/2016-04-04/12282.jpg)
![](/file/pic/xeber/2016-04-04/12283.jpg)