Türkiyədə partlayışlar: 4 ölü, 6 yaralı

DÜNYA
08:02 23.08.2012
1298
Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi maşın karvanı keçən yolda ardarda 4 partlayış törədib.APA-nın məlumatına görə, terror aktı Hakkari şəhərinin Şemdinli qəsəbəsindən 20 km aralıda baş verib. Hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin “Kobra” vertolyotları və hərbi texnikası cəlb olunub.Eyni zamanda bölgənin İran sərhədi yaxınlığında jandarma məntəqəsi minaatandan atəşə tutulub.Partlayışlarda 4 əsgər şəhid olub, 6-sı yaralanıb.Yaralı əsgərlər Hakkari Hərbi Hocpitalına göndərilib.Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçulara qarşı əməliyyatların davam etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR