Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 4 polis şəhid olub

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 4 polis şəhid olub
Bütün Xəbərlər
13:16 03.09.2015
696

Türkiyədə PKK terror təşkilatının hücumu nəticəsində daha dörd polis əməkdaşı şəhid olub.

AZXƏBƏR.COM-un məlumatına görə, APA-nın xəbərinə görə, yola quraşdırılan partlayıcı qurğu içərisində polislərin olduğu avtomobil keçərkən partladılıb. Hadisə Mardin vilayətinin Darkeçid qəsəbəsində qeydə alınıb. Məlumata görə, terrorçular qəsəbədə tikintisi davam edən məktəbdə yanğın törədiblər. Hadisə yerinə zirehli avtomobillə gedən polislər yolda hücuma məruz qalıb və nəticədə biri polis rəisi olmaqla 4 polis şəhid olub.

Şəhid olanlar polis rəisi, 45 yaşlı İbrahim Xəlil Aksoy, polis əməkdaşları - 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.

OXŞAR XƏBƏRLƏR