Türkiyədə su tunelində uçqun: Ölən var

Türkiyədə su tunelində uçqun: Ölən var
DÜNYA
15:57 08.08.2026
174
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun baş verib. Hadisə nəticəsində 5 işçidən biri ölüb, biri yaralanıb.

Uçqun Yedigöze İçməli Su Layihəsi çərçivəsində inşa edilən 2 660 metrlik tuneldə baş verib.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Xilasetmə işləri nəticəsində tuneldə olan işçilər çıxarılıb.

Həkimlər 55 yaşlı Necmettin Tokun öldüyünü müəyyənləşdirib. 57 yaşlı Bekir Çelik isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Adana valisi Mustafa Yavuz bildirib ki, digər üç işçinin vəziyyəti yaxşıdır və uçqun altında heç kimin qalmadığı müəyyənləşdirilib.
 
 //Bizim.media
OXŞAR XƏBƏRLƏR