Türkiyədə tələbə avtobusu yük maşınına çırpıldı: yaralılar var

Türkiyədə tələbə avtobusu yük maşınına çırpıldı: yaralılar var
DÜNYA
13:34 14.05.2025
290
Tələbə avtobusunun yük maşınına çırpıldığı qəzada 8-i şagird olmaqla 9 nəfər yaralanıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.

Qəzada servis sürücüsü və avtobusda olan 8 şagird yaralanıb. 

Yoldan keçən digər sürücülərin xəbəri üzərinə qəza yerinə təcili yardım  və polis qrupları sövq edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Araşdırmalara başlanılıb.

Oksana
OXŞAR XƏBƏRLƏR