Türkiyədə terrorçuların tutulmasına yardım edənlərə mükafat veriləcək

Türkiyədə terrorçuların tutulmasına yardım edənlərə mükafat veriləcək
Bütün Xəbərlər
11:17 31.08.2015
588

Türkiyədə terrora qarşı mübarizə qanununa uyğun olaraq müvafiq maddə üzrətəqsirləndirilənlərin tutulmasına kömək edənlərə, onların yerini bildirənlərə, yaxud həmin terorçuların şəxsiyyəti haqda məlumat verənlərə pul mükafatı veriləcək.

AZXƏBƏR.COM-un məlumatına görə "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin  Daxili İşlər Nazirliyi  qərar qəbul edib.

Verilən xəbərə görə, mükafatın miqdarı məlumatdan asılı olaraqMükafat Komissiyası tərəfindən müəyyənləşdiriləcək.Mükafatın məbləği 200 min lirədən (72 min manat) artıq olmayacaq.

Terror qruplaşmasının rəhbərləri, yaxud onun cəmiyyətə vuracağı ziyandan asılı olaraq, mükafatın məbləğı komissiyanın təqdimatı əsasında Daxili İşlər Nazirliyi tərəfindən 20 dəfəyədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR