Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
DÜNYA
14:49 10.10.2026
102
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək.

AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb.

Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək. Yaşı 15-dən yuxarı olan istifadəçilər üçün isə şirkətlər gücləndirilmiş mühafizə və yüksək təhlükəsizlik tədbirləri olan xüsusi rejim tətbiq etməyə məcbur olacaqlar.

Həmçinin, 15 yaşdan yuxarı olan şəxslər üçün uşaqların maraqları, eləcə də onların fiziki, psixoloji və sosial inkişaf xüsusiyyətləri nəzərə alınmaqla ayrıca xidmət rejimi nəzərdə tutulacaq. Bu rejim çərçivəsində yeniyetmələrin hesabları standart olaraq gizli (qapalı) profil kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, sosial şəbəkələr valideynlərə uşaqlarının hesab parametrlərini idarə etmək, platformalarda keçirilən vaxtı məhdudlaşdırmaq və ödənişli əməliyyatlara icazə vermək imkanı yaradan xüsusi nəzarət alətləri təqdim etməli olacaqlar.
OXŞAR XƏBƏRLƏR