Türkiyədə "Trabzonspor" futbol klubunun vitse-prezidenti Nevzat Şakara naməlum şəxs tərəfindən silahlı hücum olub.
AZXEBER.COM HaberTürk-ə istinadən xəbər verir ki, hadisə gecə saat 2 radələrində N. Şakarın evinin qarşısında baş verib. Naməlum şəxs iki dəfə atəş açıb. Hadisə nəticəsində vitse-prezident yaralanıb. Güllə onun topuğundan dəyib. Yaralı xəstəxanaya yerləşdirilib.
Trabzon polisi hücumu həyata keçirən şəxsləri tutmaq üçün şəhərin giriş-çıxışlarını nəzarətə götürüb.