Türkiyədə özlərini vəkil kimi təqdim edən 18 nəfər saxlanıldı

Türkiyədə özlərini vəkil kimi təqdim edən 18 nəfər saxlanıldı
DÜNYA
12:53 14.05.2025
354
Özlərini vəkil kimi təqdim edərək zəng etdikləri şəxsləri aldatdıqları iddia edilən 18 şübhəli yaxalanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar Türkiyənin Bursa şəhərində baş verib.

Belə ki, vətəndaşların telefonlarına "Sizin adınıza açılacaq bir iş var” mesajları göndərilib. 

Dələduzlar özlərini vəkil kimi təqdim edib vətəndaşların güvənini qazandıqdan sonra kart hesablarına pul göndərməklərini tələb ediblər.

Bununla bağlı mərkəzi Bursa şəhəri olmaqla 5 vilayətdə cinayət işi başladılıb.

Nəticədə 18 nəfər saxlanılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Oksana
OXŞAR XƏBƏRLƏR