"Türkiyədəki görüşdə konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi"

"Türkiyədəki görüşdə konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi"
SİYASƏT
13:05 18.02.2021
1078
"Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu. Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələrimiz oldu, fikir və təkliflərimizi bir-birimizə bildirdik. Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik".

"Report"un xəbərinə görə, bu sözləri Türkiyə Respublikasına rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Görüşlərdə mühüm məsələlərin müzakirə olunduğunu və əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayan Baş prokuror bildirib:

"Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var. Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək. Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı