Türkiyəli biznesmen Bakıda boğularaq ölüb

Türkiyəli biznesmen Bakıda boğularaq ölüb
Bütün Xəbərlər
10:20 17.02.2012
1385
AZXEBER.COM-a bu barədə Nəsimi rayon Prokurorluğundan bildirilib. 
Hadisə ötən gecə, rayonun E. Ovçuyev küçəsi, ev 3, mənzil 28-də qeydə alınıb. Həmin ünvanda     kirayədə yaşayan Türkiyə vətəndaşı, 47 yaşlı Kandilci Hasan Ali oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti hadisə baş verəndən xeyli sonra vanna otağında aşkarlanıb.  Mərhumun Azərbaycanda bizneslə məşğul olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR