Türkiyəli hakimi bu qərarına görə 300 min insan ölümlə təhdid etdi - VİDEO

MARAQLI
13:30 09.08.2021
590
Tokio-2020 olimpiadasında səudiyyəli idmançının diskvalifikasiyasını elan edən türkiyəli hakim Uğur Kobaş ölüm təhlükəsi ilə üzləşib.

AZXEBER.COM baku.ws-ə istinadən bildirir ki, bu barədə türkiyəli hakim özü məlumat yayıb.

Türkiyəli karate hakimi Uğur Kobaş Səudiyyə Ərəbistanını təmsil edən Tareq Hamedini diskvalifikasiya etdikdən sonra ailəsi ilə birlikdə sosial mediada təhdid edilib.

Uğur Kobaş açıqlaması zamanı qeyd edib ki, səudiyyəli idmançının qaydalardan kənara çıxması və bunun elan edilməsi təkcə onun qərarı olmayıb:

"Qarşılaşmanın yan hakimlərini topladıq və vəziyyəti qiymətləndirdik. Onlar da eyni fikirdə olduqlarını açıqladılar. Həkimlər və hakimlərin birgə qəbul etdiyi qərarı elan etmək mənə düşdü".

Qeyd edək ki, ötən gün Tokioda keçirilən 75 kiloqramdan artıq çəki dərəcəsində karate yarışları zamanı Səudiyyə Ərəbistanını təmsil edən Tareq Hamedi ilə iranlı Səccad Qənizadeh arasında final görüşü baş tutub. Səudiyyəli idmançı qaydaları pozduğu üçün yarışdan kənarlaşdırılıb və iranlı idmançı qalib elan olunub. Lakin bu qərar səudiyyəli azarkeşlərin xoşuna gəlməyib.

Matçın sonunda türkiyəli hakim sosial media hesablarında 300 mindən çox təhdid mesajı alıb. Təcrübəli hakim bu təhdidlərin həyat yoldaşına və oğluna da çatdığını söyləyib:

"Əlavə olaraq sosial media hesablarıma sistemli şəkildə hücum edilir. Hesabları ələ keçirməyə çalışırlar. Həyatımda ilk dəfədir ki, belə bir vəziyyətlə qarşılaşıram. Ancaq vicdanım təmizdir, çünki haqlı olduğumu bilirəm".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

20:47 26.10.2021

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"

20:44 26.10.2021

Azərbaycan lideri: "Biz istədiyimizə nail olacağıq"