Türkiyəli məşhur müğənnidən Briliant Dadaşovaya tərif sözləri

Türkiyəli məşhur müğənnidən Briliant Dadaşovaya tərif sözləri
MAQAZİN
10:25 16.01.2013
1788

Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi Celik idi. Veriliş çox maraqlı, tamaşaçıları ekrana bağlayacaq söhbətlə başladı.AZXEBER.COM-un məlumatına görə, Celiyin “yazib, yaratmaq ücün eşqə düşmək lazımdır” fikrini peşəkar aparıcı tez tutdu. Və “Necə dəfə eşq yanğınız musiqiyə dönüb?” sualını qonağına ünvanladı. Çelik gülərək vəziyyətdən cıxmağa çalışdı və indiyədək 300-ə yaxın mahnı yazdığını dilə gətirdi.

Evlilik həyatından danışan Celik bundan sonra evlənməsi üçün yenidən sevməsi gərək olduğunu bildirdi və artıq siması gözəl olana deyil, ağlı gözəl olanla həyat qura biləcəyini bildirdi...

Əksər müğənnilərimiz Türkiyəyə gedəndən sonra osmanlı türkcəsindən çox istifadə etməsinin ölkəmizdə narahatlıq yaratdığı sirr deyil. Hamının bu məsələdən gileyləndiyi halda Brilliant xanımın nitqində bizim sözlərdən istifadə etməsi və qonaqlarına da bunu təlqin etməsi də təqdirəlayiqdir.

Onun Türkiyədə anonim oxunan Azərbaycan mahnılarının müəllifləri, ilk ifaçıları haqqında geniş məlumat verməsi isə musiqi mədəniyyətimizin tanınmasında xüsusi rola malikdir.

Bu verilişin bir özəlliyi ondadır ki, qonaq müğənnilər mahnılarını canlı ifa edirlər. Baxmayaraq ki, Türkiyə televiziyalarında bu, geniş yayılmayıb. Belə ki,müğənnilər fonoqramdan geniş istifadə edirlər. “Pırlantalı gecələr”in musiqili qonaqları isə musiqicilərin müşayəti mahnılarını ifa edirlər ki, bu da ekran qarşısındakı tamaşaçını çoşdurur.

“Pırlantalı gecələr” verilişi çox axıçı idi. Brilliant xanım qonağının yaradıcılıgını yaxşı bildiyindən, həm musiqinin incəliklərinə bələd olduğundan 2 saat su kimi axıb getdi. Bakıdan 2 musiqiçisini də verilişinə dəvət edən müğənni bəstəkarlarımızın da mahnılarını ifa etdi.

Əlbəttə ki, veriliş boyunca Brilliant xanım qonağının repertuarından duet mahnılar ifa etdi. Bu arada Brilliant xanımın verilişinə dəvət etdiyi və diqər türkiyəli müğənnilərin repertuarındakı mahnıları bu qədər mahir ifa etmək qabiliyyətinin olduğunu da xüsusi vurğulamağa dəyər.

Azərbaycanlı tamaşacılar Brilliant xanımın aparıcılıq qabiliyyətinə yaxşı bələddirlər. O 5 il “Gözəllik dünyanı xilas edəcək” verilişində canlı olaraq aparıcılıq edib. Sözsüz ki, beynəlxalq bir kanalda Brillant xanımın bu qədər sərbəst, səmimi, pozitiv görünməsi azərbaycanlı tamaşaçılara xüsusilə qürurveriçidir. Brilliant xanım türk müsiqi mədəniyyətini təbliği edən . TMB kanalında Azərbaycan musiqisini, dilini, tarixini, adət-ənənələrini, xüsusi inçəliklə təbliğ edir. Brilliant xanımın Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi sevindiriçidir.

Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan veriliş bir necə buraxılışdan sonra kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Çünki Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi