Türkiyənin 3 klubu Oriqini istəyir

İDMAN
19:45 18.05.2023
258
"Milan”ın futbolçusu Divok Oriqi karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

28 yaşlı belçikalı hücumçu ilə "Beşiktaş", "Fənərbaxça" və "Alanyaspor" klubları maraqlanır.

Transferdə əsasən İstanbul klubları şanslı sayılır. Onlar italiyalıların 15 milyon avroya satmağa hazır olduğu futbolçu üçün tezliklə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 2022-ci ilin yayında "Liverpul”dan Milan klubuna gələn forvard bu mövsüm 35 matçda iştirak edərək 2 qol və 1 assistlə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR