Türkiyənin futbol millisi Bakıya gəlir

İDMAN
16:23 30.10.2013
1180

Türkiyənin 19 yaşadək qızlardan ibarət futbol millisi gələn ay ölkəmizə gələcək. 

Apasport.az saytının məlumatına görə, qardaş ölkə yığması Bakıda Patrisiya Qonzalesin rəhbərlik etdiyi U-19 ilə yoldaşlıq oyunları keçirəcək.

Türklər səfər müddətində millimzlə 2 yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşmalar noyabrın 26-sı və 28-də baş tutacaq.

Qeyd edək ki, bu ayın əvvəllərində Türkiyənin 15 yaşadək qız millisi yeni yaradılmış müvafiq yığmamızla Bursada 2 yoldaşlıq oyunu keçirmişdi. Bunların birincisində meydan sahibləri (4:2), ikincisində qonaqlar (2:1) qalib gəlmişdi.

OXŞAR XƏBƏRLƏR