Türkiyənin məşhur aktrisası Azərbaycandan yazdı

Türkiyənin məşhur aktrisası Azərbaycandan yazdı
MƏDƏNİYYƏT
07:48 10.12.2012
2160
Türkiyənin məşhur aktrisası Türkan Şorayın yerli "Habertürk" qəzetində Azərbaycan səfəri barədə məqaləsi dərc olunub.Sizə salam gətirmişəmAzərbaycanda 3 gün yaşadığım gözəlliklər məni bu yazını yazmağa sövq etdi. “Sinemam ve ben” (Kinom bə mən) adlı kitabımda 1970-ci ildəki Bakı səyahətimdəm söz açaraq, “Qardaş ölkə Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azərbaycanlı qardaş və bacılarımı çox sevirəm. İlk fürsətdə bu olkəyə gedərək onlarla qucaqlaşmaq istəyirəm” - demişdim. Deməli nə qədər ürəkdən istəmişəm ki, qarşıma bir anda Azərbaycan səyahəti çıxdı. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovla Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısının açılış mərasimində iştirak etmək üçün dəvət etmiş və daha sonra bu gənclərlə kino və incəsənət barədə danışmağımı (master-kalss) arzu etmişdilər. Azərbaycanda 3 gün unuda bilməyəcəyim anlar yaşadım. Qardaş ölkədə sözlə ifadə edə bilməyəcəyim sevgi seli ilə qarşılaşdım. Çaşmışdım. Uşaqlar, gənc qızlar, insanlar gördükləri yerdə, əksəriyyəti də göz yaşlarıyla məni qucaqlayırdılar. Bunun səbəbini də dedilər. 1990-cı illərdə Qarabağ müharibəsi və müstəqillik mübarizəsi vaxtı Azərbaycan dövlət televiziyası xalqın əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün mənim, “Arım Balım Pətəyim” filmimi dəfələrlə nümayiş etdirib.Türk Hava Yollarının (THY) səhər reysi erkən saatda idi. Axşamdan paltarlarımı və aksesuarlarımı hazırladım. Özümə ən çox yaraşdırdığım paltarları seçdim. Səhər zəngin səsi ilə oyananda şirin, həyəcanlı bir gün başlamışdı. Hava limanı, təyyarəyə minmə, stüardessaların təbəssümlə qarşılamaları, təyyarənin uçması, Azərbaycana getmək xöşbəxtliyinin təyyarə qorxusunu yox etdiyi 2-3 saat və Azərbaycana çatmaq. Təyyarənin qapısında nazir müavini İntiqam Babayev və heyət məni çiçəklərlə qarşıladılar.Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qəbri və şəhidlər xiyabanını ziyarət. Əvvəl Heydər Əliyevin məzarına çiçəklər qoydum. Bu ziyarət etdiyimiz yerdə tanınmış ictimai siyasi dövlət xadimlərinin və milli qəhrəmanların da məzarları vardı. Sonra şəhidlər xiyabanına getdik. Azərbaycanın Müstəqillik şəhidləri. Yüzlərlə lövhələrdə xalq şəhidlərinin adları yazılmışdı. Bu şəhidlərin mənəvi hüzurunda abidəyə qırmızı gülləri qoyduğum anda gözlərim doldu. Xiyabanın sonunda əbədi məşəl yanırdı. Alovu elə böyük idi ki. Sən demə bu məşəl illərdir şəhidlərin xatirəsinə yanırmış. Bu duyğusal səfər və soyuq hava. Dincəlmək üçün bizi kafeyə apardılar. Yerə basdırılmış böyük bir torpaq küpdə bişən təndir çörəyi, isti çay, kərə yağı, qaymaq və ev mürəbbəsilə yediyim səhər yeməyinin dadından doymadım. Sonra otelə qayıdaraq axşam keçiriləcək tədbir üçün hazırlığa başladım. Tədbirdə Türkiyə səfirliyinin hörmətli nümayəndələri də iştirak edirdi. Zalda çox adam vardı və səhnəyə çıxmağım böyük alqışlarla qarşılandı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı