Türkiyənin məşhur F.Ö.N caz qrupu Bakıya gəlir - FOTOLAR

Türkiyənin məşhur F.Ö.N caz qrupu Bakıya gəlir -  FOTOLAR
MƏDƏNİYYƏT
12:34 24.09.2014
1882

Oktyabrın 10-17-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı keçiriləcək “Türkiyə Caz Festivalı”nın ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb.

AZXEBER.COM-un məlumatına görə,oktyabrın 11-də saat 21.30-da F.Ö.N. qrupu möhtəşəm ifaları ilə “Zeytun-Park Bulvar”da Bakı musiqisevərlərinin qarşısında çıxış edəcək.

Qrup üzvləri Fəridə Berin Öget, Özay Fecht və Nilufər Verdi Azərbaycanda konsert verməkdən çox məmnun olduqlarını bildiriblər.

Qrupun ən gənc üzvü Fəridə Berin TRT İstanbul Radiosu Uşaq Xorunda, 2002-ci ildə isə bir sıra konsertlərdə iştirak edib. 2003-cü ildə Mərmərə Kollecində verdiyi konsertdə məşhur ifaçı Nil Kocamangil ilə birlikdə öz bəstəsini səsləndirib. 2013-2014-cü illərdə Cənubi Azərbaycandan olan musiqiçi Ramin Farhangniya ilə işə başlayıb. Fəridə Berin Öget müxtəlif mədəniyyət-sənət və xüsusi təhsil müəssisələrində violonçel, piano, solfecio və harmoniya dərsləri verir.

Nilufər Verdi isə caz musiqisində, Türkiyədə sözünü demiş insanlardan birdir. O, gənc yaşlarından piano çalmağa başlayıb. Türkiyədə və xaricdə bir çox önəmli caz ustadları ilə işləyib. Türkiyənin dəyərli xanım caz sənətçilərindən biri olan Nilufer Verdinin “Mana” və “İzhar” adlı iki albomu var.

Qrupun digər üzvü Özay Fecht Türkiyədə tanımış aktrisalardan biridir. Alman, ingilis, fransız, ispan dillərini mükəmməl bilən Ö.Fecht Türkiyədə 50-yə yaxın kino və seriallarda rol alıb. O, aktrisalıqla yanaşı, professional səviyyədə olaraq musiqi ilə də məşğul olub.

Qeyd edək ki, F.Ö.N qrupunun konsertinə giriş pulsuz olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif