Türkiyənin məşhur köşə yazarı İbad Hüseynovdan yazdı

Türkiyənin məşhur köşə yazarı İbad Hüseynovdan yazdı
Bütün Xəbərlər
14:01 24.12.2012
986

Bu gün Türkiyənin “Star” qəzetində “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, məşhur erməni terrorçusu Monte Melkonyanı məhv edən İbad Hüseynov haqqında yazı dərc edilib.

Gun.Az xəbər verir ki, yazının müəllifi Aziz Üstel məqaləsinə “Qanımı yerdə qoymayan adam İbad Hüseynovdur!” başlığı verib. 

Müəllif qeyd edib ki, Azərbaycanlıların ana südü kimi halal olan torpaqlarını haramzadalardan qorumaq üçün o, çoxlu döyüşlərdə iştirak edib.

“Hələ döyüşlərin birində dava yoldaşlarının onun dörd bir yanında əbədi yuxuya gedərək şəhid olduqlarının, Azərbaycanın mübarək torpaqlarını qanları ilə suladıqlarının da şahidi olub.

Ürəyi alov-alov idi, o qədər əziz yoldaşını-qardaşını itirmişdi ki! Yaralıların ah-nalələri qulaqlarında əks-səda verirdi. Ancaq İbad qulaqlarını tıxayıb, nərə çəkdi, bir yox min imiş kimi əlindəki tüfəngin tətiyinə basaraq irəli şığıdı.

Ermənilər isə əsgərlərimizin sayını çox zənn edərək, üstlərinə alay gəlirmiş kimi geri çəkildilər. Dəstələr ona köməyə gələndə isə anbarların birində oturub tapdığı azuqə ilə qəlyanaltı edirdi.İbad Hüseynov vəzifəsinin öhdəsindən gələnlərin sırasında idi!

Günlərin bir günü Türkiyə xarici işlər idarəsi məmurlarının qatili, ASALA təşkilatının qəssablarından olan birinin yeni ov, yeni qurban axtarması barədə xəbər yayıldı.

On iki igid əsgərlə birlikdə işğal edilmiş torpaqlara getdi İbad. İşin qəribəsi odur ki, İbad onun Melkonyan olduğunu da bilmir, onun ASALA-nın “Avo” adlı snayperlərindən biri zənn edirdi.

Daha sonra isə “Avo”nun Melkonyan olduğunu öyrəndi. Bu Xocalıda yüzlərlə qadını, körpəni, yaşlını, müdafiəsiz və köməksiz azərbaycanlıları öldürən həmin canavar idi”.

“O vaxt hələ 21 yaşında idim. Dostlarımın da hamısı gənclər idi. Sərhədə yaxın bir yerdə, maşınsız işğal edilmiş torpaqlarımıza getdik. Kilometrlərlə piyada getdik.

Rus ordusunun silahından, tankından, topundan, tüfəngindən istifadə edən Ermənistan ordusuna qarşı sadəcə tüfənglərimizlə döyüşürdük.

“Avo” və adamları mənim dünyaya göz açdığım Muğanlı kəndində idi, mənim öz yurduma ayaq açmışdı! Kəndin içinə səpələndik. Mən oxuduğum məktəbin həyətində idim. “Avo” ləqəbli Melkonyanı da ilk dəfə orada gördüm.

Zabitəsindən komandir olduğu məlum idi. Sanki ona niyə baxdığımı anlamışdı. Əlində tutduğu tüfəngin lüləsini məndən yana çevirməyə çalışırdı. Bunu gec də olsa sezə bildim. İki dəfə atəş açdım. Bıçağımı çəkib onun üzərinə çökdüm.

Mənə türkcə “kesme beni, kesme” deyəndə çox təəccübləndim. İşimi bitirdikdən sonra cəsədin üzərindəki əşyaları, sənəd və şəkilləri özümlə götürdüm, cəsədi də gizlətdim!

Üç gün ac-susuz kənddə gizləndik. Adamları dəli kimi “Avo”, “Avo” bağıraraq, onu axtarırdılar.

Əynimizdə sovet ordusunun hərbi geyimi vardı, gizlənmədən, yavaş-yavaş hərəkət edərək, Azərbaycan tərəfinə keçdik. Melkonyanın ölümündən sonra bölgədə Ermənistan ordusunun hücumuna bir daha rastlanmadı”.

“Xocavənddə doğma torpağının bütövlüyü üçün göstərdiyi şərəfli qəhrəmanlığına görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev onu “Azərbaycanın Milli Qəhrəmanı” ordeni ilə təltif etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə İbadı “Azərbaycan Bayrağı” Ordeni ilə mükafatlandırdı.

İbadın qəhrəmanlıqları Azərbaycanda hələ də dillərdə dastandır. İbad Xocalıda amansızcasına qətlə yetirilən günahsız sakinlərimizin qanını yerdə qoymadı.

İbadın maraq doğuran bu fikri insanı düşünməyə vadar edir: “Heydər Əliyev ölkə rəhbərliyinə 1991-ci ildə gəlsəydi, Azərbaycan bir qarış torpağını belə itirməzdi.. Həm orduda, həm də ölkə rəhbərliyindəki dərəbəyliyə və özbaşınalığa Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə son qoyuldu”.

O vaxta qədər isə ölkədəki özbaşınalıq çox böyük fəsadlar vermişdi. Ordu rəhbərliyindəki başıpozuqluq bölüklərdən birinin komandiri Əlikram Hümbətovun Monte Melkonyanın ölümündən sonra Xocavənd bölgəsini işğalçılara verməsi ilə nəticələndi.

Bunun əvəzində isə Əlikram Hümbətov Talış-Muğan Respublikasını yaratdığını elan etməkdən belə çəkinmədi. Həmin an da İbad və yoldaşları köməyə yetişirlər. Nərgiz təpəsini ələ keçirirlər, beləliklə də Azərbaycanın Xankəndi, Şuşa, Xocalı və Ermənistana gedən yolun hissəsini nəzarət altına almağa müvəffəq olurlar...

Hə, belə-belə işlər, qardaş! Analar necə igid oğullar dünyaya gətirir!”

YAZININ ORİJİNALI BURADA:  https://haber.stargazete.com/yazar/kanimi-yerde-koymayan-adam-ibad-huseyinov/yazi-714374
OXŞAR XƏBƏRLƏR