Türkiyəli nazir “Lotu Quli”nin həbsinin təfərrüatını açıqladı - VİDEO

Türkiyəli nazir “Lotu Quli”nin həbsinin təfərrüatını açıqladı - VİDEO
KRİMİNAL
16:46 20.05.2021
1649
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu azərbaycanlı kriminal avtoritet Nadir Səlifov barədə danışıb.

Türkiyəli nazir "TRT Haber”ə müsahibəsində "Lotu Quli” haqqında danışarkən "dünyanın ən güclü 12 mafiya liderindən birini Türkiyəyə gətirdilər” fikrini səsləndirib.

"2018-ci ildə dedilər ki, Rusiyanın mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirək dedilər, keçirdik, lakin tapa bilmədik. Daha sonra şəxsən mən bu işin ardınca düşdüm.

"Lotu Quli” adlandırılan Nadir Səlifov adlı şəxs 20 il həbsxanada yatıb. Nadir Səlifov dünyanın 12 ən güclü mafiya liderindən biridir. Bir çox insan gəldi-getdi, elə olsun, belə olsun dedilər. Ancaq onu yaxaladıq. Həbsə saldıq. İki gün ərzində vəkilləri Türkiyədən çıxmamaq şərti ilə geri göndərmə mərkəzindən buraxılması qərarına nail oldular.

Hüquqşünaslarımız məni bağışlasın, "hüquqa boyun əymədim, buna qarşı mübarizə aparacağıq” dedim. Onu geri göndərmə mərkəzindən bir metr çıxardım, sonra yenə yerinə qaytardım. 2-2,5 ay orada gözlətdik, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa ölkədə - Yunanıstanda pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Türkiyədə yaxınlığında olan mühafizəçisi onu öldürdü”, - deyə Türkiyəli nazir bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə mafiyasının əsas liderlərindən biri Sedat Peker azərbaycanlı Nadir Səlifov - "Lotu Quli” barədə danışmışdı. O, "Quli”nin deportasiya edilməsinə baxmayaraq, Türkiyəyə qayıda bildiyini iddia etmişdi.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı