Türkiyənin nüfuzlu qəzeti azərbaycanlı gənclərdən yazdı - FOTOLAR

Türkiyənin nüfuzlu qəzeti azərbaycanlı gənclərdən yazdı - FOTOLAR
MEDIA
14:45 05.01.2013
3720

AZXEBER.COM-un verdiyi məlumata görə, 500 mindən çox nüsxə ilə nəşr olunan qəzetdə yayımlanan məqalə “Azeri gençlerden kardeşlik hamlesi” adlandırılıb.

Qeyd olunub ki, Əfsələddin Ağalarov, Fərid Şahbazlı və Hacıbəy Heydərli İstanbul səfəri çərçivəsində “Türkiyə” qəzetini də ziyarət ediblər və qəzetin baş yayım direktoru Nuh Albayrak, yazı işləri müdiri Mustafa Bilim, xarici xəbər redaktoru Hayrettin Turanla görüşüblər.

Yazıda AZXEBER.COM-un təsisçiləri Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin, həmçinin İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirləri də yer alıb: “Universitetdə təhsil alarkən yaratdığımız xəbər saytını – azxeber.com-u gün ərzində 30 min nəfər izləyir. Azərbaycan üçün bu, kifayət qədər böyük rəqəmdir. Gənclər olaraq türk dünyasındakı gəncləri bir araya gətirməyə çalışırıq. Ötən il 100-ə yaxın gənclə görüşümüz oldu. Bu il daha bir görüş keçirməyi planlaşdırırıq. Türkiyədə təhsil alan həmvətənlərimiz və Azərbaycanda olan türkiyəlilər vasitəsilə əlaqələrimizi genişləndirməyə çalışırıq. Qarabağ problemini, Xocalıda ermənilərin etdiyi soyqırımını dünyaya çatdırmaq üçün məlumatları dünyanın hər tərəfinə yaymağa cəhd edirik. Azərbaycanda gənclər fəallaşıb. Artıq dövlət idarələrində də gəncləri görə bilərsiniz”.

Məqalədə gənclərin Türkiyənin ən böyük xəbər agentliklərindən olan İhlas Haber Ajansını da ziyarət etdiyi qeyd edilib.

OXŞAR XƏBƏRLƏR