Türkiyənin səfirliyinə edilən hücumla bağlı rəsmi açıqlama gəldi

Türkiyənin səfirliyinə edilən hücumla bağlı rəsmi açıqlama gəldi
Bütün Xəbərlər
23:05 18.01.2012
1512

Davudoğlu: "Hər nə olursa olsun, səfirliyimizin təhlükəsizliyi İraqın təminatı altındadır"

Bağdadda bu gün nahar saatlarında Türkiyə səfirliyinə edilən raket hücumu ilə bağlı xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.

Davudoğlu Brüsseldə verdiyi açıqlamada Bağdad səfiri Yunis Dəmirər ilə telefonla danışdığını bildirib. Nazir hücumun səbəblərinin araşdırıldığını deyib: "Hər nə surətdə olursa olsun, səfirliyimizin təhlükəsizliyi İraqın, İraqın hökumətinin təminatı altındadır. Onlarla da səfirimiz bu məsələni açıq şəkildə müzakirə edib. Lazım gələrsə, bizlər də müzakirə edəcəyik. Allah qorusun, hazırda heç bir yaralı və zərər yoxdur. Binaya da hər hansı zərər dəyməyib".

İqtisadiyyat naziri Zəfər Çağlayanın Süleymaniyyətə Türk Universitetinin açılışında bir araya gələn regional hökumət rəsmisi Bərham Saleh də Bağdadda artan gərginlikdən narahat olduqlarını deyib. Saleh Türkiyə səfirliyinə hücumun da belə bir vəziyyətdə törədildiyini bildirərək, terrora qalib gəlmək üçün birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb. Nazir Zəfər Çağlayan isə İraq təhlükəsizlik qüvvələrinin raketlərin atıldığı avtomobili tapdığını bildirib.

OXŞAR XƏBƏRLƏR