Suriyanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib
İstanbul şəhərində Suriya konsulluğu önündə etiraz aksiyası keçirilib. Müxtəlif ictimai birliklərin və siyasi partiyaların nümayəndələri Suriyada davam edən zorakılığa son qoyulmasını tələb edib. 500-ə yaxın nümayişçi Suriya prezidenti Bəşər Əsədin istefasını tələb edib. Onlar Əsəd rejiminin əleyhinə şüarlar səsləndiriblər. Suriyanın dövlət televiziyası isə prezident Bəşər Əsədin ən son kadrlarını yayımlayıb. Kadrlarda Bəşər Əsədin Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən dini mərasimdə iştirak etdiyi nümayiş olunub.