Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə yayımlandı

Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə yayımlandı
MARAQLI
10:28 29.11.2021
3247
28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir sıra maqalı məqamlarla yadda qaldı.

Belə maraqlı məqamlardan biri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımının fotosunun ilk dəfə mətbuatda yayımlanması oldu. Belə ki, 11 fevral 2007-ci il tarixindən indiyə kimi prezident postunu tutan Qurbanqulu Berdiməhəmmədov bu 15 il ərzində həyat yoldaşını nə rəsmi tədbirlərə və xarici səfərlərə aparmışdı, nə də 1-ci ledinin şəklinin mətbuatda yayımlanmasına icazə vermişdi.

Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Türkmənistanın birinci ledisi ilə bağlı məhdud informasiyalardan birinə son qoydu.

Türkmənistanın birinci xanımı Oğulgerek Berdiməhəmmədovanın fotosunun yayımlanmasına görə isə xarici media Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana minnətdar ola bilər.

Məhz Əminə Ərdoğan Tvitter hesabında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və xanımı Oğulgerek Berdiməhəmmədova ilə birgə fotosunu paylaşaraq, onlara türkmən qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.

Ə.Ərdoğan "Aşqabad səfərimiz zamanı bizə ənənəvi türkmən qonaqpərvərliyini göstərən Türkmənistan prezidenti Berdiməhəmmədova və onun dəyərli həyat yoldaşı Oğulgerek xanıma təşəkkürümü bildirirəm" deyə sosial şəbəkədə yazıb.

Foto Rəcəb Tayyib Ərdoğan, Əminə Ərdoğan, Qurbanqulu Berdiməhəmmədov və Oğulgerek Berdiməhəmmədovanın birgə rəsmi naharından sonra çəkilib.

Qeyd edək ki, Türkmənistan barədə qapalı ölkə imici formalaşdıran prezident Qurbanqulu Berdiməhəmmədov sayəsində ölkənin birinci ledisi barədə də çox məhdud informasiya var. 

Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa ehtiyat edirlər. Ümumiyyətlə, Türkmənistanda 64 yaşlı prezident Berdiməhəmmədovun ailəsi haqqında çox adam çox şey bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.

Məlum olan odur ki, Qurbanqulu Berdiməhəmmədov ailəlidir, 2 qızı və bir oğlu var - Gülcahan, Gülşən və Sərdar.

Prezidentin böyük qızı Gülcahan Berdiməhəmmədova karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdıməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.

Prezident Q.Berdıməhəmmədovun digər qızı Gülşən Berdiməhəmmədova isə Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir.

Prezidentin oğlu Sərdar Berdıməhəmmədov hazırda baş nazirin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 2021-ci ilin ortalarında təyin edilib.

Əlavə edək ki, birinci xanım Oğulgerek Berdiməhəmmədovanın tərcümeyi-halı da mətbuata məlum deyil. 

Bəzi məlumatlara görə, Oğulgerek xanım Londonda böyük qızının yanında yaşayır və Türkmənistana az-az hallarda gəlir.

Yeri gəlmişkən, bir neçə il əvvəl xarici mətbuat türkmən  prezidentin başqa bir qadınla yaşadığı barədə iddia ilə çıxış etmişdi. Həmin informasiyalarda qeyd olunurdu ki, milliyyətcə rus olan Marina adlı həmin qadın Qurbanqulu Berdıməhəmmədovun qanuni həyat yoldaşı deyil və onlar vətəndaş nikahına yaşayırlar. Məlumatlarda o da bildirilirdi ki, guya Qurbanqulu Berdıməhəmmədov onunla hələ gənclik illərində çalışdığı bir stomatoloji klinikada tanış olub. İxtisasca diş həkimi olan Berdıməhəmmədov vaxtilə stomatoloji klinikada çalışarkən Marina orada tibb bacısı işləyib. Prezidentin hətta Marinadan 15-16 yaşlı bir qızının olduğu da yayılan iddialar sırasında yer alıb.

Qurbanqulu Berdıməhəmmədov o dövlət başçılarındandır ki, xarici səfərlərdə onu xanımı müşayiət eləmir... Ümumiyyətlə, Türkmənistanda onu hətta gənclik illərində də arvadı ilə birgə "gördüm" deyənlər yoxdur...

Nəhayət uzun illərin gizli sirlərindən biri açıldı və Türkmənistanın birinci ledisinin necə bir xanım olduğunu bütün dünya gördü...
 
///modern.az
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi