Tutanxamon və Nefertitinin heykəlləri oğurlanıb

Bütün Xəbərlər
08:56 15.02.2011
2253

Misirdə baş verən kütləvi iğtişaşlar ölkənin mədəni irsinə də təsirsiz ötüşməyib. Ölkənin arxeologiya naziri Zahi Havass Qahirədəki muzeydən oğurlanan dünya əhəmiyyətli əşyaların siyahısını açıqlayıb. Onların arasında qədim Misir incəsənətinin şedevrləri, qədim sivilizasiya nümunələri var. 

Aksiyalar zamanı Qahirə muzeyindən 18 qiymətli sənət əsəri oğurlanıb, 70-ə yaxın əsərə ziyan dəyib. Onların arasında Misir fironu Tutanxamonun iki (birinin yalnız üst hissəsi), firon Anxanatonun və firon Axnatonun həyat yoldaşı Nefertitinin heykəlləri və sairə qiymətli əsərlər var. Naməlum şəxslər Tutanxamona aid zallarda 14 vitrini sındırıblar. 

Qeyd edək ki, Qahirə muzeyi Təhrir meydanında yerləşir. Misirdə kütləvi aksiyaların ünvanı məhz bu meydan olub. Bina tez-tez hücumlara məruz qalıb. Muzeyin mühafizəsini Misir ordusu həyata keçirirdi. 
Böyük talan isə yanvarın 29-da olub. Oğrular binaya şüşə damdan kəndirlə daxil olublar. // Ans Press


OXŞAR XƏBƏRLƏR