Tutulan erməni diversantın görüntüləri yayıldı - VİDEO

Tutulan erməni diversantın görüntüləri yayıldı - VİDEO
Bütün Xəbərlər
17:30 31.01.2014
4378

Mamiko Xocayan həkimdən keçib.

Tovuzda hərbçilərimiz tərəfindən ələ keçirilən kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan müvafiq tibbi proseduradan keçirilib.

Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Mamiko Xocayanın sağlamlıq durumunu müəyyənləşdirmək üçün hərtərəfli tibbi yoxlama keçirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb.

Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.(APA TV)

OXŞAR XƏBƏRLƏR