Tutulduğu xəstəlikdən sonra 24 kiloqram arıqlayan Seren Serengilin müalicəsi nəticə verdi

Tutulduğu xəstəlikdən sonra 24 kiloqram arıqlayan Seren Serengilin müalicəsi nəticə verdi
MAQAZİN
10:01 25.01.2021
1818

Tutulduğu "Dumping sindromu”dan sonra arıqlamağını dayandıra bilməyən Seren Serengilin müalicəsi nəticə verib.

"Sondakika” xəbər verir ki, yaşadığı çətin günlərdən sonra məşhur artıq üç kiloqram kökəldiyini bildirib. 

49 yaşlı Seren sevincli xəbəri öz "İnstagram” profilində paylaşıb: "Müalicəm nəticə verdi, üç kiloqram kökəlmişəm”. 

Qeyd edək ki, əvvəl 70 kiloqram olan Seren Serengil xəstəlikdən sonra arıqlayaraq 46 kiloqrama qədər düşüb. 
OXŞAR XƏBƏRLƏR