Davud Quliyev 1999-cu ildə dayısının təşəbbüsü ilə Rusiyanın Ufa şəhərinə gedib və futbol karyerasına da orda başlayıb.
AZXEBER.COM futbolpress.az-a istinadən xəbər verir ki, Kimertau klubunda oynayan futbolçu 2010-cu ildə Azərbaycana qayıdıb, hərbi xidmətə gedib.
2011-də isə o, “Kəpəz”ə götürülüb. Lakin orda çox qalmır. 2 ay sonra “Xəzər Lənkəran”a üz tutur. Burda isə problemlər başlayır və cənub klubunda qarşılaşdıqlarından bezən Davu karyerasını bitirir. Özü isə bu məsələyə belə yadınlıq gətirib: ““Kəpəz”də başa düşdüm ki, əsas heyətdə oynaya bilməyəcəm. Müxtəlif səbəblər var idi. Ancaq bunun içində mənim əsas heyətə uyğun gəlməməyim qəti yox idi. O barədə danışmaq istəmirəm. Sonra “Xəzər Lənkəran”da 4 gün baxışda oldum. O vaxt komandanın baş məşqçisi Mirça Rednik idi. O, məni bəyəndi və bu haqda mənimlə söhbəti də oldu.
Mənə bildirildi ki, 5 min maaş alacaqsan. Bu, mənimçün çox gözəl xəbər idi, çünki puldan çox futbol oynamağı arzulayırdım. “Xəzər Lənkəran” da iddialı komanda idi, fikirləşdim ki, nəhayət, karyeramın uğurlu vaxtı başlayar. Məşqlərə canımı qoyurdum.
Sonra Tuyqun Nadirov (“Xəzər Lənkəran”ın vitse-prezidenti) otağında mənə dedi ki, klubun vəziyyəti yaxşı deyil. Hələlik maaş məsələləri bir az qarışıqdır. Mən dedim, məşqçi məni bəyənib, bnu mənə də deyib, mənə komandaya düşmək vacibdir əsas. Dedi ki, hələlik pul yoxdu. İstəyirsən, qal, sonra maaşını alarsan. Gördüm, nəsə, konkret söz demir, ora-bura fırladır məni.
Mən heç nə başa düşmədim. Əvvəlcə mənə bildirmişdilər ki, komandaya götürülürəm və 5 min maaş alacam, sonra Tuyqun deyir ki, pul yoxdur, oyna, sonra olacaq. Bu nə deməkdir?".
“Gördüm ki, klubda da aləm qarışıb. Rednikin də ordan getmək ərəfəsi idi. Futbola belə çirkinlikləri görüb, uzaqlaşdım. İmkanım yaxşı deyildi, məcbur qalıb, başqa işlə məşğul olmağa başladım. İndi futboldan uzağam. Bu uğursuzluqlar mənə çox pis təsir eləmişdi. Görürdüm ki, məndən zəif futbolçular oynayırlar, mənsə həmişə problemlər qarşılaşıram. Həm də futbolda heç kimi tanımırdım, mənim üçün çətin idi”.