AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmin şəxs Britaniya olimpiya yığmasının üzvü 18 yaşlı Tom Deylini təhqir etmişdi.@Rileyy_69 adlı Twitter istifadəçisi Tom Deyli haqqında belə bir söz yazmışdı:"Sən öz atanı məyus etdin. Yəqin ki, indi bu barədə düşünürsən".Qeyd edək ki, Tom Deylinin atası bir il öncə beyin xərçəngindən dünyasını dəyişib.