Tyaqo Bezerra: “Neftçi”nin mərhələ adlaması üçün dualarımı əsirgəməyəcəyəm”

Tyaqo Bezerra: “Neftçi”nin mərhələ adlaması üçün dualarımı əsirgəməyəcəyəm”
İDMAN
18:45 28.07.2022
472
"Neftçi”nin "Aris”lə ilk oyununa baxdım. Amma tam izləmək imkanım olmadı. Sonradan icmalda 90 dəqiqə yaşananlarla tanış oldum”.

Bu sözləri Səudiyyə Ərəbistanın "Əl Oruba” komandasında çıxış edən Tyaqo Bezerra deyib. 

Ötən mövsüm "Neftçi”nin ən məhsuldar futbolçusu olmuş braziliyalı sabiq komandasının Avropa Konfrans Liqasında keçirdiyi oyunla bağlı nikbin danışıb. 

Təcrübəli hücumçu "ağ-qaralar”ın ilk matçda məğlub olmasından narahat deyil. Əksinə, "Neftçi”yə inanır və mərhələni də məhz bakılıların adlayacağını düşünür. Bunun üçün əlində əsas var: 

"Təbii ki, səfərdəki məğlubiyyət heç yerinə düşmədi. Amma uzun fasilədən sonra ilk rəsmi oyunda bu cür halın yaşanması normaldır. Bu dəqiqə ən vacib olan meydanda var gücünü qoymaqdır. Futbolçular maksimum güc sərf etməklə istəyinə çata bilərlər. "Ağ-qaralar” doğma meydanda, azarkeşlərinin önündə daha inamlı oynayır. "Neftçi”nin mərhələ adlaması üçün dualarımı əsirgəməyəcəyəm”. 

Maraqlıdır, heyətdəki dəyişikliklərdən sonra "Neftçi” kənardan necə görünüb? Tyaqo yeni futbolçular haqda nə düşünür? Təcrübəli hücumçu komandada ciddi dəyişiklik olmadığı qənaətindədir: 

"Komandada ciddi dəyişiklik görmədim. Ötənilki kollektivdən Ramon Maçado ilə mən getmişəm, bir də Sezar Meza Kolli zədələnib. Qalanları birlikdə oynadığımız futbolçulardır. 

İstənilən futbolçuya adaptasiya üçün zaman lazımdır. Düşünürəm ki, yeni transferlər mütləq fayda verəcək. "Neftçi”yə və keçmiş komanda yoldaşlarıma uğurlar arzulayıram”. 

Qeyd edək ki, Tyaqo Bezerra ötən mövsüm ağ-qara formada meydana çıxdığı 25 görüşdə rəqib qapılarına 10 dəfə yol tapıb.
 
//// Sports.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO