Rayon qaz istismar sahəsindən AzərTAc-a bildirilib ki, hazırda qazlaşdırma işləri aparılan kəndlərdəki 2170 təsərrüfatda 12 min 350 nəfərədək əhali yaşayır. Bu kəndlərə 180 kilometr uzunluğunda daşıyıcı boru kəməri çəkilib. Qazyan və Bağırbəyli yaşayış məntəqələrində kənddaxili xətlər təzələnib, sayğacların quraşdırılması başa çatdırılmaq üzrədir. Hər iki kəndə yaxın vaxtlarda “mavi yanacaq” veriləcək.Qulabənd, Qarabörk və Alpı kəndlərində isə hazırda kənddaxili xətlərin çəkilişi davam etdirilir. Bu kəndlərə təbii qazın ilin sonunadək verilməsi nəzərdə tutulub.