Ucar sakininin sosial yardımla bağlı müraciətinə niyə imtina cavabı verilib? - VİDEO

Ucar sakininin sosial yardımla bağlı müraciətinə niyə imtina cavabı verilib? - VİDEO
SOSİAL
00:23 03.08.2026
202
Ucar rayon sakini Nicat İsmayılovun sosial yardım üçün etdiyi müraciətlərə imtina cavabı verilib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Nicat İsmayılov ünvanlı dövlət sosial yardımının təyinindən imtina olunmasından şikayətçidir.

Onun sözlərinə görə, illər əvvəl satdığı torpaq sahəsi ilə bağlı sənədləri təqdim etməsinə və aidiyyəti qurumların tələb etdiyi bütün sənədləri toplamasına baxmayaraq, sosial yardım ala bilmir.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə rayonun aidiyyəti qurumlarına müraciət edib, lakin nəticə yoxdur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Ucar sakini Nicat İsmayilovun ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron sisetmə sonuncu müraciəti bu il aprelin 20-də olub. Sözügedən müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün şərait yaradılmadığına görə imtina verilib. Belə ki, ailə üzvü Fərqanə İsmayılovanın adına elektron sistem tərəfindən aşkar edilmiş əmlakla bağlı məlumatların dəqiqləşdirilməsi mümkün olmayıb. Həmin əmlakın hazırda onun mülkiyyətində olmadığı bildirilsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməyib. Adıçəkilən şəxsə hazırda mülkiyyətində olan əmlaklara dair və son bir il ərzində həyata keçirilmiş özgəninkiləşdirilməsi barədə arayış əldə etdikdən sonra yenidən müraciət etməsi tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR