Ucarda ər arvadını amansızlıqla öldürdü

Ucarda ər arvadını amansızlıqla öldürdü
Bütün Xəbərlər
10:26 16.02.2013
1500

Fevralın 15-də Ucar rayonunda qətl hadisəsi törədilib.Rayon Prokurorluğundan verilən məlumata görə, Ucar şəhəri Heydər Əliyev prospektində rayon sakini Əsgərov Yəmən Əlihəsən oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı Əsgərova Sahibə Məmməd qızını qətlə yetirib. Ər həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətmiş Y.Əsgərov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.//lent.az

OXŞAR XƏBƏRLƏR