Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, hadisə iyulun 26-da axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.“Shacman” markalı yük maşını ilə “Mercedes” markalı minik maşını toqquşması nəticəsində minik maşınının sürücüsü, Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Elçin Hikmət oğlu hadisə yerində dünyasını dəyişib.