Ucarda maşın işıq dirəyinə çırpıldı: 1 nəfər yaralandı

Ucarda maşın işıq dirəyinə çırpıldı: 1 nəfər yaralandı
Bütün Xəbərlər
09:51 08.01.2013
1148

Ucar rayonunda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində 1 nəfər yaralanıb.

Rayon Polis Şöbəsindənverilən məlumata görə, hadisə bu gecə Ucar şəhərində qeydə alınıb.Rayonun Rəstəcə kənd sakini 20 yaşlı Asif Akif oğlu Məmmədovun idarə etdiyi “Jiquli” markalı maşın anidən idarəetməni itirib və yolun kənarındakı işıq dirəyinə çırpılıb.Maşın ciddi zədələnməklə yanaşı sürücü də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.Faktla bağlı RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR