Ucarda partlayış olub, bir ailənin 3 üzvü xəsarət alıb

HADİSƏ
10:05 15.11.2016
1286
Ucarda partlayış olub.
 
AZXEBER.COM-un APA-a istinadən verdiyi məlumatına görə, rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Ailə üzvlərinin evdə baş verən partlayış nəticəsində xəsarət aldıqları bildirilir. Belə ki, Z. Məlikov evdə motorlu mişarı (drujba) təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.

OXŞAR XƏBƏRLƏR