Ucar rayonunda valideyn övladının qanunsuz şəkildə məktəbdən kənarlaşdırıldığını iddia edir.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Nərmin Xəlilova deyir ki, oğlu əvvəllər Ucar şəhər 1 nömrəli məktəbdə təhsil alıb və üzrlü səbəb olmadan dərslərdən qalmayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, uşağın nadinclik etdiyi əsas gətirilərək məktəbdən uzaqlaşdırılıb.
Valideyn deyir ki, işi ilə əlaqədar bir müddət İsmayıllı rayonunda yaşamalı olub və övladını orada məktəbə yerləşdirib. Lakin kirayə və digər xərclər səbəbindən yenidən Ucara qayıdıb.
Nərmin Xəlilova məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdiyini, lakin hələ də nəticə əldə edə bilmədiyini deyir. O, aidiyyəti qurumlardan övladının təhsil hüququnun təmin olunmasını və məktəbə qaytarılmasını istəyir.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə "Xəzər Xəbər”ə bildirildi ki, səsləndirilən iddialarla bağlı araşdırma aparılır.











































