Ucarda ulu öndər Heydər Əliyevin yubileyi təntənə ilə qeyd edilib

GƏNCLİK
20:25 02.05.2013
1406

Ucarda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.AZXEBER.COM-un məlumatına görə, rayon mədəniyyət mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Rayon icra hakimiyyətinin, idarə və təşkilat rəhbərlərinin, təhsil müəssisələri kollektivlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, dövlətçiliyimizin və müstəqilliyimizin qorunması üçün göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanda iqtisadiyyatın, təhsilin, elmin və mədəniyyətin, kənd təsərrüfatının inkişafına böyük qayğı göstərib. Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevə həsr edilən film və kompozisiya nümayiş olunub. Orta ümumtəhsil ocaqlarında və məktəbəqədər tərbiyə müəssisələrində təhsil alan istedadlı uşaqların məharətlə ifa etdiyi şeir və mahnılar hamını heyrətləndirib.

OXŞAR XƏBƏRLƏR