Məşhur qənnadı ustasının hazırladığı tortlar “Çudo Peçka”nın Azərbaycana bayram hədiyyəsidir
Bakıda dünyaca məşhur şirniyyat və qənnadı ustası Yelena Suçkovanın özəl reseptləri əsasında hazırlanan tortlar satışa çıxarılıb.
“Çudo Peçka” şirkəti Azərbaycan Milli Kulinariya Assosasiyasının dəstəyi ilə Yelena Suçkovanı Bakıda qənnadı məhsulları bişirilməsi ilə bağlı master-klass deməyə dəvət etmişdi. Artıq bir neçə həftədir ki, məşhur mütəxəssis “Çudo Peçka”nın nəzdində yerli şirniyyat ustalarına Avropa reseptləri əsasında tort və pirojna bişirmə qaydaları barədə master-klasslar keçir.
Yelena Suçkova “Çudo Peçka”nın qənnnadı məhsulları üzrə mütəxəssisləri ilə bərabər yeni tortlar hazırlayıb. Yeni tortların bişirilməsində yaşıl çay, zəncəfil, karamel, kako yağı kimi torta xüsusi unudulmaz dad verən məhsullardan istifadə olunub.
Martın 1-dən etibarən satışa çıxarılan “Yaşıl çay”, “Karamel – Gold”, “Venesiya”, “Vyana”, “Fransız tryufeli”, “Kofe” kimi orijinal adlar qoyulmuş yeni tortlar istənilən bayram üçün ən özəl hədiyyələr ola bilər.
25 ildən çoxdur ki, qənnadı məhsulları sahəsində xarüqələr yaradan Yelena Suçkova Rusiya Kulinarlar Assosasiyasının üzvü, Beynəlxalq Kulinarlar Assosasiyasının idarə heyətinin üzvüdür. Dəfələrlə Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin laureatçısı və diplomatçısıdır. Yelena Suçkova həmçinin, kulinariya mözvulu çoxsaylı kitabların müəllifidir.
Yelena Suçkova Azərbaycan barədə fikrlərini də şirniyyat məhsulları üzərindən çatdırdı: “Azərbaycan mətbəxində çoxsaylı şirniyyat və tort növləri var. Biz bu seriyaya yenilərini əlavə etməyə çalışdıq. Avropa reseptləri ilə yeni tortlar bişirdik. Qonaqpərvər olan azərbaycanlılar bu yeni tortları “Çudo Peçka”dan əldə edərək qonaqlarına ikram edə və özləri dada bilər”.