"Çudo-peçka"lar bağlanır

"Çudo-peçka"lar bağlanır
Bütün Xəbərlər
14:15 10.11.2015
3990
Bakıda "Çudo-peçka" restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib.
AZXEBER.COM  axar.az-a istinadən xəbər verir ki, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir.
Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb.
Paytaxtın "Sahil" və "Neftçilər" metrostansiyaları yaxınlığındakı məntəqələrinin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki "Çudo-peçka" rəqabətdə açıq-aşkar uduzmaqdadır.
Qeyd edək ki, müğənni Röyanın keçmiş qaynatası Çingiz Cəlilovdan "Çudo-peçka"nın alınması ilə uzun müddətdir bu müəssisələrin işində geriləmə müşahidə olunur. Bu durğunluq KFC restoranlarının açılması ilə daha da dərinləşib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo-peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.
OXŞAR XƏBƏRLƏR