AZXEBER.COM "The Telegraph”a istinadən xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun qurumda baş katib vəzifəsində çalışdığı dövrdəki fəaliyyəti ilə bağlı araşdırma aparmağı nəzərdən keçirir.
Buna səbəb İnfantinonun UEFA-da çalışdığı dövrdə onunla münasibətdə olduğu iddia edilən qadına ödəniş edilməsi ilə bağlı ortaya çıxan məlumatlardır.
Nəşrin araşdırmasına görə, həmin qadına UEFA tərəfindən ödəniş edilib.
İnfantino isə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib və onları həqiqətə uyğun olmayan iddialar adlandırıb.
Qeyd edək ki, son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində ciddi narazılıqlara səbəb olub. UEFA onun istefasını tələb edir və FIFA prezidentinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi variantını nəzərdən keçirir.











































