UEFA Azərbaycan millisini lağa qoydu- AFFA-dan etiraz

UEFA Azərbaycan millisini lağa qoydu-  AFFA-dan etiraz
Bütün Xəbərlər
11:40 23.09.2015
1083
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan millisinin oyunçusunun karikaturası öz əksini tapıb.
AZXEBER.COM xəbər verir ki, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.
OXŞAR XƏBƏRLƏR