"Fənərbağça" klubu UEFA tərəfindən cəzalandırılacaq.
Qurum rəsmi saytı vasitəsilə Türkiyə klubunun şərtlərə əməl etmədiyini açıqlayıb.
Məsələ burasındadı ki, İstanbul nəhəngi 2016-cı ildə UEFA ilə imzaladığı Maliyyə Feyr-Pley anlaşması sonrası 2018-19 mövsümü üçün "başabaş büdcə" tələblərini yerinə yetirməyib. Bu üzdən İstanbul nəhəngini cəza gözləyir. UEFA bununla bağlı qərarını qarşıdakı həftələrdə açıqlayacaq.
Türkiyə çempionu "Qalatasaray" isə qurumla olan sözləşməsinə əməl edib.
matc.az