UEFA oyununa görə QARAYAXMA…

UEFA oyununa görə QARAYAXMA…
SİYASƏT
11:40 13.05.2019
3264
 Jalə Mütəllimova
 
…və ya QARA YAXMA!..

Dünyada yenə bilmədikəri iki müsəlman dövləti qalıb Azərbaycanla Türkiyə. Qalanların hərəsini bir cür yeniblər.

Ərəbin cahil, qatı dindar, vəhşi, terrorçu obrazını zorla yaradıb, neftini, qazını qamarlayıblar…

Suriyanı, İraqı da neft, silah alveri və sair dünyəvi cinayətlər üzündən iflic elədilər…

İran atom senayesini inkişaf etdirən, həm də qatı müsəlman dövləti kimi daim zərbələr "yeməkdədir”. Yaxşı iş tapıblar, EMBARQO!..

Əfqanıstan başdan-başa narkotik plantasiyasıdır…

Liviyanın əhalisini manqurtlaşdırıb, dövlətlə üz-üzə qoyduqdan sonra, ölkəni yerlə bir elədilər…

Çatdıq Türkiyəyə. Kürd, terror problemini qabardıb, əllərindən gələni etdilər, alınmadı. Başladılar qatı islam cəmiyyəti qurmaqda ittiham etməyə Prezident Ərdoğanı. O da rəsmi elan elədi ki, bəli, Türkiyə müsəlman dövlətidir, hətta ailəmdən olan xanımlar hicab daşıyır. Bacardığım qədər islam ənənlərinin yaşamasına xidmət edirəm. Cəmiyyəti də dinə sayğılı yanaşmağa yönəldirəm. Bu siyasi dildən "tərcümə” edəndə, "hə, bəli, müsəlmana, islamı təbliğ edirəm, sonra!?” ritorikasıdır. Sonrası məsələn, kərkük türkləri məsələsini gündəmə gətirdilər. Yəni sizi orada yenə bilmiriksə, başqa dövlətlərdəki tayfalarınızı "əzirik”. Ən sadə dildə desək, mənzərə budur. Türkləri sevməyə yox, əzməyə çalışırlar…

Gələk Azərbaycana. Mayın 29-u Bakıda UEFA-nın final oyunu keçiriləcək. Kürklərinə birə düşüb. Narahatdırlar. Narahat təşkilatlar sırasında ölkəsinin ən yüksək səviyyədə Azərbaycana simpatiyası olan dövlətlər də var. Məsələn, kraliçanın….


Bu şəkillərdəki mənzərəni müşahidə edəndən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyinin qoşulmasın gülməli görünsə dəyenə də anlaşılandır. Ayrıca kraliçanın Azərbaycana və onun mədəniyyətinə incəsənətinə göstərdiyi isti münasibət də Böyük Britaniya XİN-nin mövqeyini "vurur”. Yəni hətta ən yüksək səviyyədə, müsəlman-türk dövləti olan Azərbaycanla bağlı fikirlər artı haçalıdır…

Yenmək istədikləri türk-müsəlman dövləti, həm də dünyaya iteqrasiya etməyi bacaran AZƏRBAYCANdır. Məqsədli pressinqlərə baxmayaraq, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu təbdirlərə Qərbdən, Avropadan axışıb gələn azarkeşlər öz ölkələrdə "xortdan” kimi təqdim olunan milləti və dövləti bir də yaxından tanıyır. Onlara aydın olur ki, hər şey qulaqlarına doldurulduğu qədər dəhşətli deyil. Yəni,

…bütün müsəlmanlar cani deyil…

Bütün müsəlmanlar terrorçu deyil…

Bütün müsəlmanlar on arvad almır…

Bütün müsəlmanlar savadsız və cahil deyil…

Bütün müsəlmanlar genosid törətmir…

Bütün müsəlmanlar Qərbə və Avropaya nifrətlə adam yetişdirmir…

Müsəlman ancaq müsəlmanla nigaha girmək məcburiyyətində deyil. Və ya  müsəlman qeyri-dinin daşıyıcısı olan xanımla evlənəndə, yaxud bir müsəlman xanım qeyri-müsəlman kişi ilə ailə quranda, onun dinini qəbul etməyi şərti qoymur…

Yəni beynəlxalq tədbirlərin sayı çoxaldıqca, insanlar arasında ünsiyyət və dostluq inkişaf etdikcə, Qərb və Avropada ictimai rəydə fikir haçalanar. Ortada aydın mənzərə yaranır çünki. İslam dini, müsəlmanlar, türklər Qərbin və Avropanın işğalçılıq üçün təzyiq vasitəsi ola bilmir. Hətta müsəlman-türk dövlətləri üzərindən həyata keçirmək istədikləri işğalçılıq siyasətləri belə iflasa uğrayır. Artıq bu sirr deyil, dünyada bütün qorxulu islam terrorçuları Avropa və Qərbdə kəşfiyyat məktəbinin "istehsalıdır”.

***

…Və illər öncə Azərbaycana başqa bir hücumu xatırlamağın zamanıdır.    İran İslam Respublikasının atom sənayesini inkişaf etdirmək haqda rəsmi bəyanatından sonra Azərbaycan-İran sərhəddinə BMT sülhməramlılarını yerləşdirmək təşəbbüsü irəli sürülmüşdü.

Yəni bir müsəlman dövləti ərazisindən, başqa bir müsəlman dövlətini nəzarətdə saxlayacaqdılar. Əslində,  "vuracaqdılar”. Özü də elə bir dövləti ki, orada azərbaycanlılar az qala farslar qədərdir. Hətta  İranda bəzi dairələrdə azərbaycanlılar seçkidə səsverməyə getməyəndə yetərsəs də olmur. Yəni bizim üçün sıradan qonşu olmayan, özümüzünkülərin də yaşadığı  dövləti bizim əlimizlə "vuracaqdılar”.  Bu, İrana paralel Azərbaycanın da yerlə bir edilməsinə götirəcək təhlükəli tələb idi. Əslində "atan kazaklar” olacaqdı. Yəni hər iki tərəfdən özləri aranı qızışdıracaqdı, döyüşənsə, qonşular, din qardaşları, hətta bəlkə eyni millətin adamları olacaqdı. Qərbin və Avropanın əlinə növbəti "yağlı işğal”  fürsət düşəcəkdi.

Onda alınmadı, indən belə heç alınmaz. Belkə də, populist fikirdir deyəcək kimsə, amma biz artıq onları gerçəkdən yaxşı tanıyırıq. Özü də təkcə onları yox, həm də burada, Azərbaycanda, saxladıqları havadarlarını, əlaltılarını. Həm dövlət, həm də müxalifət kluarlarında dolaşan "qardaşlarının”kimliyi, bəllidir. Yəni ki, daha KEÇMƏZ!.. DƏYİŞMİŞİK!.. BÖYÜMÜŞÜK!.. MÜSTƏQİL OLMUŞUQ!.. ÖZÜMÜZÜK, TÜRKÜK, MÜSƏLMANIQ! Sizin təqdim etməyə çalışdığınız terrorçu, barbar, cahil müsəlman deyilik amma, DÜNYƏVİYİK!..Hər kəsi sevir, bütün dinlərə sayğıyla yanaşırıq! DOSTumuz da, DÜŞMƏNimiz də bəllidir!..


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ